Modern.az

Milli Məclisin payız sessiyasının vaxtı bəlli oldu

Milli Məclisin payız sessiyasının vaxtı bəlli oldu

Təhsil

16 Avqust 2013, 16:33

Azərbaycan Milli Məclisi payız sessiyası öz işinə sentyabrın 15-də başlayacaq. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin işinə komitələrin iclası ilə start veriləcək.

Sentyabrın 30-da isə Milli Məclisin payız sessiyasının ilk plenar iclası olacaq.

A. Təvəkküloğlu onu da qeyd edib ki, parlamentin payız sessiyasında fəaliyyətini işıqlandırmaq üçün akkreditə olmaq istəyən KİV sentyabrın 15-dək akkreditasiya məktublarını Milli Məclisə təqdim etməlidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı