Hakim Yeni Azərbaycan Partiyası Milli Şuranın 18 avqust tarixli mitinqində qurumun vahid namizədi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Modern.az-ın xəbərinə görə, YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də 18 avqust tarixli mitinqdəki çıxışında Milli Şuranın vahid namizədiylə bağlı müəyyən problemlərinin olduğu etiraf edib
”İsa Qəmbər dedi: “Hazırda Milli Şuranın vahid namizədinin müəyyən problemləri var, Milli Şuradakı qeyri-müəyyənlik göz qabağındadır”.
Bəs biz nə deyirdik?” deyə A.Mirzəzadə Milli Şuraya sual ünvanlayıb.
YAP-çı deputat Milli Şuranın mitinqə lazımi qədər adam toplaya milmədiyini də vurğulayıb: “Müxalifətçi Müsavat Partiyasına yaxın olan minval.az saytı radikalların "Milli Şurası"nın 20-ci sahədəki mitinqindən yazır ki, müxbirlərinin hesablamasına görə mitinqdə 5 min insan iştirak edir.
Radikallar mitinqə 60 min insan toplayacaqlarını vəd edirdilər. Nə isə...”.
Modern.az