Modern.az

“Qarabağ” və “Neftçi”nin şərikli liderliyi

“Qarabağ” və “Neftçi”nin şərikli liderliyi

Təhsil

20 Avqust 2013, 14:38


Modern.az-ın məlumatına görə, dünən “Topaz” Premyer Liqasının 3-cü turunun oyunları başa çatıb. Bu turda son çempion “Neftçi” və “Qarabağ” klubları bu turda da azarkeşlərini sevindiriblər. Turun ən qollu qarşılaşması isə “Bakı” və “Rəvan” komandalarının oyununda qeydə alınıb. Bu görüşdə birincilər böyük hesabla (5-0) qələbə qazandılar.

Ümumən 3-cü turda baş tutan 5 qarşılaşmada qapılara 14 top vurulub. Nəticələr: “Nefçi” – “Simurq” 1-0, “ Qarabağ” – “Xəzər Lənkəran” 2-0, “İnter” – “Azal” 1-2, “Sumqayıt” – “Qəbələ” 2-1, “Bakı”- “Rəvan” 5-0. Hərəyə aktivində 9 xal olan “Qarabağ” və “Neftçi” komandaları müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşür. Beləliklə 3 oyundan sonra turnir cədvəli aşağıdakı kimidir:

 

1. “Qarabağ” – 9

2. “Neftçi” – 9

3. “Qəbələ” – 6 

4. “Azal” – 6

5.  “Simurq” – 4

6. “Sunqayıt” – 4 

7.“Bakı” – 3 

8.“Xəzər Lənkəran” – 2

9.“İnter” – 0 

10.“Rəvan” – 0

 

  Abbas Qəmli  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı