Modern.az

Prezidentliyə namizədlərə məhdudiyyət - təşviqata istənilən qədər pul xərcləmək olmaz - AÇIQLAMA

Prezidentliyə namizədlərə məhdudiyyət - təşviqata istənilən qədər pul xərcləmək olmaz - AÇIQLAMA

Təhsil

5 Sentyabr 2013, 12:28

Azərbaycanda prezidentliyə namizədlərin seçki təşviqat kampaniyasında xərcləyəcəyi vəsaitə məhdudiyyət tətbiq olunacaq. Bu barədə Modern.az saytına Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov məlumat verib. Onun sözlərinə görə, prezidentliyə namizədliyi qeydə alınan şəxslər təşviqat üçün 10 milyon manatdan çox vəsait xərcləyə bilməzlər:

“Azərbaycanda qanunvericiliyə əsasən, prezidentliyə namizədlərin seçki təşviqatına xərcləyəcəyi vəsaitə məhdudiyyət qoyulur. Hər bir namizəd 10 milyon manatdan artıq vəsait xərcləyə bilməz”.

MSK katibi həmçinin namizədlərə maddi yardım etmək istəyən şəxslərə də məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.

“Prezidentliyə namizədlərə fiziki şəxslər 2500 manat, hüquqi şəxslər 50 min manata qədər maddi dəstək ola bilərlər”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı