Modern.az

YAP Fərhad Əliyevin əfv müraciətini müsbət qarşıladı

YAP Fərhad Əliyevin əfv müraciətini müsbət qarşıladı

Təhsil

6 Sentyabr 2013, 15:15

Yeni Azərbaycan Partiyası (YAP) vaxtilə hakim partiyanın Siyasi Şurasının üzvü olmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin prezident İlham Əliyevə ünvanladığı əfv müraciətinə münasibət açıqlayıb. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov eks-nazirin müraciəti ilə bağlı Modern.az –a açıqlama verib.

S.Novruzov Fərhad Əliyevin bu addımını normal qiymətləndirib:

“Mən bunu normal qiymətləndirirəm.  Əfv etmək prezidentin səlahiyyətində olan məsələdir.  O da belə bir müraciət edib. Bu müraciətə Əfv Komissiyasında baxılacaq. Məqsədə müvafiq bilinəcəksə, əfv oluna bilər. Bütün hallarda bu prezidentin səlahiyyətində olan məsələdir”-deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, həbsdə olan Fərhad Əliyev əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı