Modern.az

Zəlimxan Yaqub: “Heç kim məndən narahat olmasın, yaxşıyam”

Zəlimxan Yaqub: “Heç kim məndən narahat olmasın, yaxşıyam”

Təhsil

10 Sentyabr 2013, 16:39


Xalq şairi Zəlimxan Yaqub səhhəti ilə bağlı yeni açıqlama verib. Böyrəklərində aprılan əməliyyat üzündən uzun müddətdir səhhətində problem yaşayan xalq şairi yaxın günlərdə yenidən ölkə xaricində müəlicə alacaq.

Səhhəti ilə bağlı Modern.az-a danışan şair özünü yaxşı hiss etdiyini deyib:

“Çox yaxşıyam, çox yaxşıyam. Səhhətim, sağlığım yaxşıdır. Siz də narahat olmayın, hamıya çatdırın ki, onlar da narahat olmasınlar.” Hazırkı yaradıcı fəaliyyəti barədə məlumat verən xalq şairi deyib ki, “Dahiləri belə görün” adlı silsilə hazırlayıb. “Bundan başqa, böyük türk ozanı aşıq Veysəl barədə kitab yazıram. Onların hamısı çap olunacaq. Siz də oxuyacaqsınız”.

Elmin Nuri 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı