Modern.az

Beş azərbaycanlı jurnalist sabah Türkiyəyə yola düşür

Beş azərbaycanlı jurnalist sabah Türkiyəyə yola düşür

Təhsil

25 Oktyabr 2013, 13:29

“Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda “Türküstan” qəzetinin təşkil etdiyi yazı müsabiqəsinin qalibi olan 5 jurnalist sabah Türkiyəyə yola düşəcək. Qalib jurnalistlər - Anar Yusifoğlu, Züleyxa Nadir, Nurlan Qələndərov, Sitarə Cabbarlı və Xalid Kazımovdur. Onlar Türkiyənin önəmli turizm bölgələrindən olan Kapadokiyaya 5 günlük tətil qazanıblar. “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Modern.az-a bildirib ki, jurnalistlər geri dönərkən bir gün də İstanbulu gəzmək imkanı əldə edəcəklər.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı