Modern.az

Moskvada “Orxan Zeynalov olayı”nın baş verdiyi rayonun sakinləri toy-bayram edirlər

Moskvada “Orxan Zeynalov olayı”nın baş verdiyi rayonun sakinləri toy-bayram edirlər

Təhsil

25 Oktyabr 2013, 15:37

Son günlər Moskvadakı Brilyov rayonunun adını tez-tez eşidirik. Modern.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə Brilyov rayonu son bir həftədə ən sakit rayona çevrilib.
Sakinlərin demək olar ki, sevinci yerə-göyə sığmır. Onların sözlərinə görə çoxdandır belə rahat günlər görmür, dincəlmirdilər. Liliya Yevgeniya adlı qadının dediyinə inansaq, hələ indiyədək Brilyovda belə sakitcilik olmayıb:
”Hər axşam rahatlıqla düşüb həyətdə dincələ bilirik. Əvvəllər isə bu mümükünsüz idi. Hər axşam qafqazlılar yığışırdılar uşaq meydançasına öz dillərində başlayırdılar danışmaga, qışqırmağa. Sanki miqrantlar onlar deyil, bizik öz vətənimizdə. Son günlərdə isə o qədər çoxalmışdılar ki,  hətta həyətdə bizə yer qalmırdı. İndi isə bayram edirik” həmin qadın söyləyib.

Amma Brilyov sakinlərinin bəziləri fərqli düşünürlər. İrina Doroşova adlı sakin deyir ki, bu sakitlik müvəqqətidir. “Hə, düzdür, indi Brilyovda bir nəfər də miqranda rast gəlmirik. Onlar azalmayıblar. Gizləniblər ki, ara sakitləşsin. Sora yenə göbələk kimi səpələnəcəklər”.

Yerli sakinlərin mövqeyi miqrantlara qarşı çox sərtdi. “Deməli dövlət orqanları istəsələr, bu məsələnin həlli yolunu taparlar. Kim deyərdi ki, uzun illərin problemi bir həftə icində yoluna qoyular. Bizim ücün fərqi yoxdu miqrant hansı millətdəndi - azərbaycanlıdı, ermənidi ya özbəkdi”.

Qeyd edək ki, oktyabrın 10-da Brilyov sakini Yeqor Şerbakov qətlə yetirilib. Hadisədən sonra oktyabrın 13-dən etibarən Rusiya paytaxtında ciddi qarışıqlıq yaranıb. Belə ki, hadisəni bəhanə edən millətçi skinhedlər digər millətlərin nümayəndələrinə kütləvi hücumlar təşkil edib, onları döyməyə başlayıblar. Miqrantların çalışdığı və yaşadığı Biryolyovo bazarı və ətrafında polislərlə qarşıdurmalar yaşanıb.
Qatilin tapılmasını tələb edən rus millətçilər Biryolyovo və Pokrov bazarlarında çalışan Qafqaz və Mərkəzi Asiyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Bu iğtişaşlar nəticəsində xeyli sayda miqrant yaralanıb.

Yeqor Şerbakovun qətlində azərbaycanlı Orxan Zeynalov təqsirləndirlir. Hazırda onun istintaqı gedir.

Gülnarə Bünyatova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı