Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ərzaq Təhlükəsizliyi Uğrunda İctimai Birliyi “Ərzaq təhlükəsizliyində mövcud vəziyyət: problemlər və perspektivlər” mövzusunda tədbirlərin keçirilməsi” mövzusunda layihənin icrasına başlayıb. Qurumun icraşı direktoru Zahid Abbasov Modern.az saytına bildirib ki, layihənin məqsədi Azərbaycan Respublikasının hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş fizioloji normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsi ilə bağlı ərzaq təhlükəsizliyinin ölkə iqtisadiyyatında yeri, bu məsələnin əhəmiyyəti və problemin həlli istiqamətində mövcud potensial və ondan səmərəli istifadə olunması yolları, habelə ölkənin ərzaq təhlükəsizliyinin həllində kənd təsərrüfatı məhsul istehsalçılarının rolu barədə fermelərin və digər kənd təsərrüfatı işçilərinin maarifləndirilməsidir. Layihənin məqsədinə nail olunması üçün ərzaq təhlükəsizliyinin mahiyyəti və mövcud vəziyyət, ərzaq təhlükəsizliyinin təmin edilməsinə təsir göstərən amillər və ərzaq təhlükəsizliyinin təmin edilməsi perspektivləri mövzuları barədə materiallar toplanmasına başlanmışdır. Bu materiallar əsasında ərzaq təhlükəsizliyinin bəşəriyyətin XXI-ci əsrdə qlobal problemlərindən biri olması və beynəlxalq təşkilatların bu istiqamətdə gördükləri işlər, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin mövcud vəziyyəti və problemin həlli ilə əlaqədar həyata keçirilən tədbirlər, respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mövcud potensial və problemin həlli yolları, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı məhsulları istehsalçılarının və bu sahədə çalışan hüquqi və fiziki şəxslərin hüquq və vəzifələri rayonlarda keçirəcəyimiz görüşlərdə fermerlərə və digər iştirakçılara geniş izahat veriləcək, müzakirələr aparılacaqdır. Müzakirələrin yekunu təhlil edilərək bu istiqamətdə görülməli olan işlər bir daha dəqiqləşdiriləcək və müvafiq dövlət orqanlarına təkliflər təqdim olunacaqdır.
Modern.az