Modern.az

“Rossiya 24” telekanalının redaktoru Modern.az-a DANIŞDI: “Bu hadisə bir fürsət oldu”

“Rossiya 24” telekanalının redaktoru Modern.az-a DANIŞDI: “Bu hadisə bir fürsət oldu”

Təhsil

25 Oktyabr 2013, 23:32

Modern.az saytı Moskvada yaşayan telejurnalist Emma Nağıyeva ilə əlaqə saxlayaraq, hazırda Rusiya paytaxtında azərbaycanlı miqrantlarla bağlı vəziyyəti xəbər alıb.

Telejurnalist Modern.az saytına bildirib ki, oktyabrın 10-da Moskvanın Brilyov rayonunda qətlə yetirilən Y.Şerbakovun sağ olması, gizlənməsi və ya xaricə qaçması barədə yayılan xəbərlərə o da inanmır və bunun şayiə olduğunu düşünür.

Onun sözlərinə görə, son bir həftədə Mosvada miqrantlarla bağlı vəziyyət çox gərgin keçib. Emma Nağıyeva deyib ki, Şerbakovun qətli ilə bağlı olay Rusiya KİV-ləri, Dumanın bəzi deputatları, siyasi partiya nümayəndələri tərəfindən elə şəkildə təqdim olundu ki, nəticədə rus xalqında azərbaycanlılara qarşı qıcıq yarandı.

Müsahibimiz deyir ki, indiyədək Rusiyada heç də az sayda Azərbaycan vətəndaşı öldürülməyib. “Onda Azərbaycan da gərək həmin hadisələrlə bağlı tələblər irəli sürərdi”.

Telejurnalist rusiyalı gəncin qətlindən kimlərinsə istifadə etməsi barədə suala bərmənalı cavab verə bilməyəcəyini deyib.
”Bunu deyə bilmərəm. Amma əgər olayı bu qədər böyüdürlərsə, bu fikrə gəlmək olar”.
E.Nağıyeva Rusiyada miqrantların sayının hədsiz dərəcədə artdığını vurğulayıb. “Uzun illərdi miqrantları qarışısını almaq istiqamətində mübarizə aparırlar. Deyək ki, bu hadisə bir fürsət oldu. Necə illərdi Moskvda yaşayıram, rusların bu qədər qəzabli, kin dolu baxışlarını ilk dəfədir görürəm. Görünən odur ki, son hadisəni gündəmdə saxlamaq kimə və ya kimlərəsə gərəkdir”.

E.Nağıyevanın sözlərinə görə, Moskvada yaşayan azərbaycanlılarda bərk narahatcılıq var. “İndi demək olar ki, axşam saatlarında Moskva küçələrində bir qafqazliya rast gəlinmir. Fikir verin, oktyabrın 10-da baş verən hadisədən iki həftə kecib, amma hələ də gündəmin müzakirəsindədir. Halbuki, əvvəllər də ölüm halları olub, əsəblər gərginləşib, 3-4 gündən sonra hər şey sakitləşib. İndi isə vəziyyət tam fərqlidir”.

Qeyd edək ki, Emma Nağıyeva 22 ildir Moskvada yaşıyır. 9 ildir televiziya sahəsində çalışan E.Nağıyeva hazırda “Rossiya 24” telekanalında idman verilişlərinin baş redaktoru vəzifəsini tutur. Onun atası azərbaycanlı, anası rusdur.



Gülnarə Bünyatova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı