ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer Ukrayna hakimiyyətinin nümayişçilərə güc tətbiqinin prezident Viktor Yanukoviçin ABŞ və Avropa Birliyi tərəfindən təcridi ilə nəticələnəcəyini istisna etməyib. Modern.az. saytı Ukrayna KİV-nə istinadən bildirir ki, keçmiş səfirin fikrincə, Yanukoviçin etirazçılara qarşı gücdən istifadəsi Ukraynadakı hadisələrin təhlükəli həddə çatdıra bilər.
Qeyd edək ki, noyabrın 29-dan 30-na keçən gecə Ukrayna vaxtı ilə saat 4 radələrində “Berkut” xüsusi təyinatlı dəstəsinin qüvvələri Kiyevdəki Avropa Meydanının mühasirəyə alıb, sonra isə mitinqçiləri güc tətbiq edərək oradan çıxarıblar. Şahidlərin sözlərinə görə, bu zaman hamını bir nəfər kimi vurublar. İlkin məlumatlara görə, 35 nəfər saxlanılıb.Ukrayna hökuməti noyabrın 21-də Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması prosesini dayandırmaq barədə qərar qəbul edib. Bunu xəyanət kimi qiymətləndirən Ukrayna müxalifəti isə qərara etiraz olaraq günlərdir ən müxtəlif aksiyalar keçirir.
Modern.az