Modern.az

Mövcud münaqişələr və işğalçılıq bəşəriyyəti fəlakətlərə aparır

Mövcud münaqişələr və işğalçılıq bəşəriyyəti fəlakətlərə aparır

Təhsil

2 Dekabr 2013, 12:46


Qarabağ probleminin tezliklə həlli getdikcə artmaqda olan ümumdünya münaqişələrinin həll edilməsi yollarından keçir. Ona görə də hüquqa zidd əməllərin sahibi olan ölkələr ən azı səbəb olduqları itgi və tələfatlara görə iqtisadi sanksiyalara məhkumdurlar. Hər bir ölkənin mövcudluğu şübhəsiz ki, onun daxilində olan ayrı-ayrı vətəndaşların birgə fəaliyyətindən ibarətdir. Əgər hər hansı qanun pozuntusuna görə kimlərsə mühakimə olunursa deməli onda beynəlxalq hüquqazidd əməllərə yol verən ölkələrin də daha ciddi cəzalandırılması lazım gəlir. Bunlardan biri də təqsirkar   ölkənin qarşı tərəfə vurduğu hər cür zərərə görə təzminatlar ödəməsi üzrə (konpensasiya, restitusiya, satifikasiya, reablitasiya və s. formasında) beynəlxalq qaydaların müəyyən edilməsindən ibarətdir. Belə arqumentlər yalnız xüsusi sertifikata malik olan ekspertlər (qiymətləndiricilər) tərəfindən, həm də «Beynəlxalq Qiymətləndirmə standartları»-nın tələblərinə müvafiq olaraq həyata keçirilməli və tətbiq edilməlidir. Fikrimizcə, məsələnin belə qoyuluşunu dünya birliyində müdafiə edən hər kəs Nobel mükafatına layiq görülməlidir. Çünki hazırda davam edən və səngimək bilməyən maliyyə-iqtisadi böhranın ən başlıca səbəblərindən biri də budur. Azərbaycana gəldikdə isə bu ölkə böhranın acınacaqlı təsirindən uzaqdır, onun xalqı və Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq bütün bəşəriyyəti işgüzar əməkdaşlığa «hə», münaqişəyə, müharibəyə, terrora və işğalçılıq siyasətinə «yox» deməyə çağırışlarında davam etməkdədir. 

Xanhüseyn Kazımlı,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə heyətinin üzvü,
iqtisad elmləri doktoru, professor

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı