Modern.az

Rusiya: “Minsk Qrupunun səyi nəticəsində Azərbaycan-Ermənistan arasında razılıq əldə edilib”

 Rusiya: “Minsk Qrupunun səyi nəticəsində Azərbaycan-Ermənistan arasında razılıq əldə edilib”

Təhsil

27 Dekabr 2013, 10:05

“2013-cü il Azərbaycan-Ermənistan yüksək səviyyəli dialoqunun başlanmasında mühüm rol oynadı”.

Modern.az xəbər verir ki, bu Rusiyanın Xarici İşlər Nazirliyinin 2013-cü il üçün açıqladığı hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, Rusiya MDB məkanındakı münaqişələri siyasi və diplomatik yolla həllinə nail olmaq üçün səylərini davam etdirir. Dağlıq Qarabağ problemi ilə bağlı məqama belə toxunulub: “Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində Rusiyanın atdığı addımalr ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsindədir. Minsk Qrupunun həmsədrlərinin birgə səyləri nəticəsində Azərbaycan-Ermənistan arasında əlaqələrinin bərpası haqqında razılıq əldə edilib”-deyə hesabatda qeyd olunur.  

 

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...