Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu vəfat etmiş Zaur Həsənovun dəfni zamanı çıxış edərək məmurlar və deputatlar tərəfindən Qarabağ əlillərinə və veteranlarına laqeyd münasibətdən narazlıq edib. R.Kərimoğlu bildirib ki, Qarabağ veteranlarının çoxlu sayda sosial problemləri var və onlar həllini gözləyir. “Qarabağ veteranlarına deputat, məmur salam vermir. Onları dinləmirlər”-deyən R. Kərimoğlu Z.Həsənovun ölümü ətrafında ajiotajdan narahat olduğunu bildirib. “Problemlərimiz kifayət qədərdir. Ancaq bu gün mərhumu basdıraq. İndi bu məsələyə siyasi çalar vermək olmaz. Dəfindən sonra məsələləri müzakirəsi aparılacaq”-deyə Rey Kərimoğlu vurğulayıb.
Modern.az