Modern.az

General Sadıkov Azərbaycanın cəbhə bölgəsindəki hərbi hissələrini yoxlayır

General Sadıkov Azərbaycanın cəbhə bölgəsindəki hərbi hissələrini yoxlayır

Təhsil

6 Yanvar 2014, 10:47


Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığının, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...