Modern.az

DİN Lənkərəndakı ailə faciəsi haqda məlumat yayıb

DİN Lənkərəndakı ailə faciəsi haqda məlumat yayıb

Təhsil

6 Yanvar 2014, 13:38

Daxili İşlər Nazirliyi bir ailənin üç üzvünün ölümü ilə nəticələnən ağır yol qəzası barədə məlumat yayıb.

Modern.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat 10 radələrində Lənkəran rayonu Qumbaşı kəndinin ərazisində Bakı şəhər sakini Fuad Həsənovun idarə etdiyi "VAZ-2103" markalı və Hacıqabul rayon sakini Səxavət Rzayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

F.Həsənov və maşınında olan arvadı Gülnaz və qızı Məhəbbət hadisə yerində ölüblər.

Onlar Lənkərənda hərbi xidmətdə olan oğlanlarını yoxlamağa gediblərmiş.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı