Modern.az

Qarabağ veteranlarından ETİRAZ: “Surət Hüseynov yuxudan indi ayılıb!?”

Qarabağ veteranlarından ETİRAZ: “Surət Hüseynov yuxudan indi ayılıb!?”

تحصیلات

10 Yanvar 2014, 16:33

“Surət Hüseynovun fond yaratması haqqında məlumatım yoxdur. Hüquqi cəhətdən baxanda istənilən insanın fond yaratmaq hüququ var. Amma Surət Hüseynovun təşəbbüsü nöqsanlı insandır. Onun o zamankı addımları ilə razılaşmırdım. İndi də niyyətini dəstəkləmirəm”.

Bunu Modern.az-a “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin Sədri Firudin Məmmədov deyib. “Zaman-zaman həmin nöqsanlar aydın görünməyə başladı. Amma o, qazilər fondu yaradırsa, bundan özünün siyasi-ictimai marağını təmin etməyi düşünürsə, istənilən halda tənqid olunmağa layiqdir”.

Vətən Müharibəsi Veteranları Birliyinin Sədri Fizuli Rzaquluyev isə S. Hüseynovun yaratmaq istədiyi fonddan heç nə gözləmədiyini dedi.

“Surət Hüseynovun fond yaratmaq ideyasının olmasını mətbuatdan izlədim. Maraqlı mövzudur ki, bu hardan peyda oldu? Canıyanan çıxıb bəyəm?! Dövlətimiz tərəfindən ciddi addımlar atılır, işlər görülür. Surət Hüseynovdan isə bunu gözləmirik. İndi o nə deyir, desin. Çox adam çox söz deyir. O vaxtilə etdiklərini yadına salsın”.

Qeyd edək ki, sabiq baş nazir, qiyamçı polkovnik Surət Hüseynov Azərbaycan qaziləri ilə bağlı yeni fond yaratmaq istəyini dilə gətirib. Amma onun niyyəti Azərbaycanda böyük çoxluqla mənfi rəy doğurub.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı