
“Milli Şuranın sessiyasının yanvarın 11-də keçirilməsi planlaşdırılırdı. Bəzi səbəblərə görə sessiya təxirə salındı”.
Bunu
Modern.az-a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev deyib. O bildirib ki, yanvarın 9-da Cəmil Həsənlinin Milli Şura üzvləri ilə görüşündə sessiyanın növbəti həftə keçirilməsi qərara alınıb:
“Bəzi məsələlər müzakirə olunur. Bilirsiniz ki, Milli Şurada partiya nümayəndələri üstünlük təşkil edirlər. Buna görə də məsələlərə aydınlıq gətirilməlidir. Yəni, sessiyaya ciddi hazırlaşmaq lazımdır. Sessiyanın növbəti həftə keçirilməsi planlaşdırılsa da, dəqiq günü bəlli deyil”.
Qeyd edək ki, Milli Şuranın son sessiyası dekabrın 3-də keçirilib.
İlkin