
Prezident İlham Əliyev körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında qanunu təsdiq edib.
Modern.az xəbər verir ki, dövlət başçısı fevralın 4-də bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, adı çəkilən obyektlər bu il yanvarın 1-dən başlayaraq, 10 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.