Modern.az

Əsgər hərbi hissədə əsgər yoldaşını güllələyib

Əsgər hərbi hissədə əsgər yoldaşını güllələyib

Təhsil

10 Fevral 2014, 11:02

Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan əsgər yoldaşını güllələyib.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinın əsgəri Zamin Malik oğlu Məmmədov ehtiyatsızlıq üzündən tabeliyindəki avtomat silahdan atəş açaraq əsgər yoldaşı Elnur Sahib oğlu Əhmədovu güllələyib. Yaralı əsgər E.Əhmədov hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Respublika Hərbi Prokurorluğundan Trend-ə bildiriblər ki, faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı