Modern.az

Zəlzələ Hacıqabulda dağıntıya səbəb olmayıb - İcra Hakimiyyəti

Zəlzələ Hacıqabulda dağıntıya səbəb olmayıb - İcra Hakimiyyəti

Təhsil

10 Fevral 2014, 16:47

“Hacıqabulda 5,5 bal gücündə zəlzələ hiss edilib. Amma qorxulu bir şey yoxdur. İlkin olaraq dağıntı haqda məlumat daxil olmayıb”. Bunu Modern.az-a Hacıqabul İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov deyib.

Onun sözlərinə görə, buna baxmayaraq zəlzələ ilə bağlı ətraflı məlumat toplanılır: “Bundan sonra hər hansı dağıntı olub-olmaması ilə bağlı ətraflı məlumat verilə bilər”.

Qeyd edək ki, 16:06-da zəlzələ paytaxt Bakıda da hiss olunub.

 

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı