Modern.az

Moskva meri arvadından boşandı

Moskva meri arvadından boşandı

Təhsil

21 Fevral 2014, 23:38


Moskva şəhərinin meri Sergey Sobyanin arvadı İrinadan boşanıb. Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, məlumatı Sergey Sobyaninin özü də təsdiqləyib:

”Biz qarşılıqlı anlaşma şəraitində boşanmağı qərara almışıq, bu, bizim İrina ilə şəxsi məsələmizdir. Biz bir-birimizə bundan sonra da hörmət edəcəyik. Ümid edirik ki, cəmiyyət də bizim şəxsi həyatımızla bağlı qərarımıza hörmətlə yanaşacaq” - deyə Moskva meri bildirib.
Ancaq boşanmanın əsl səbəbi açıqlanmır.

Sergey Sobyanin və İrina Sobyaninanın iki qızı var.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə