Modern.az

Milli Məclisin deputatı: “Mən də nurçuyam" - AÇIQLAMA

Milli Məclisin deputatı: “Mən də nurçuyam" - AÇIQLAMA

Təhsil

6 Mart 2014, 02:26

Milli Məclisin deputatı Etibar Hüseynov son günlər nurçularla bağlı Azərbaycan KİV-lərində yayılan iddialara münasibət bildirib. Modern.az-ın məlumatına görə, E.Hüseynov hadisəyə belə reaksiya verib:

”Hansı saytı, hansı qəzeti səhifəliyirsənsə, mövzu nurçuluqdur. Siyahı gündən-günə genişlənir. Bu da antiazərbaycançı qüvvələrin fikirləşdiyi yeni taktikadır guya ki. Çünki artıq kiməsə “erməni” və ya “KQBşnik” demək dəbdən düşüb. Bu yarlıq keçərli deyil. Ona görə də NURÇU damğası dövriyyəyə buraxılıb.
Siyahıya diqqət yetirin: Zakir Həsənov, Elmar Məmmədyarov, Elnur Aslanov, Fərhad Məmmədov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov və s. Bir sözlə, hədəfə Azərbaycanda müsbət imicə malik, təmiz reputasiyalı, adı heç bir korrupsiya, rüşvət və ya hər hansı kriminalda hallanmayan, yalnız dövlətə, millətə sədaqət və vicdanla xidmət edən kəslər alınıb. Amma keçməz. Sizlərin bu çirkin böhtan və iftira dolu kampaniyanız bumeranq təki özünüzə qarşı çevriləcək.
Və sonda- əgər nurçuluq millətə və dövlətə sədaqətlə, vicdanla yorulmadan çalışmağa, xidmət etməyə deyilirsə... Onda bu gündən mən də nurçuyam".

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı