Modern.az

Dünyanın ən yaşlı qadını 116 yaşını qeyd edib

Dünyanın ən yaşlı qadını 116 yaşını qeyd edib

Təhsil

6 Mart 2014, 09:01

Dünyanın ən yaşlı qadını yapon Misao Okava martın 5-də 116 yaşını qeyd edib.
Bu münasibətlə Yaponiyanın Osaka şəhərinin meri Takehiro Oqura onu yaşlılar evində ziyarət edərək doğum gününü təbrik edib.
M.Okava 1898-ci il martın 5-də Yaponiyanın Osaka şəhəri yaxınlığındakı bir kənddə anadan olub.

1919-cu ildə ailə həyatı quran M.Okavanın üç övladı dünyaya gəlmişdir. Hazırda onlardan ikisi 90 yaşını ötüb, biri isə vəfat edib.
2013-cü ildə həmyerlisi Koto Okuba vəfat etdikdən sonra M.Okava planetin ən yaşlı qadını olub. 115 yaşı ərərfəsində Ginnesin rekordlar kitabının nümayəndələri ona müvafiq sertifikatı təqdim ediblər.
Hazırda M.Okava rəsmi olaraq dünyanın ən yaşlı sakini hesab edilir.  

 

AzərTAc

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı