Modern.az

Adil Qeybulla Qubad İbadoğlunu başqanlığa daha güclü namizəd sayır

Adil Qeybulla Qubad İbadoğlunu başqanlığa daha güclü namizəd sayır

Təhsil

6 Mart 2014, 10:14

“Partiyada başqanlığa iddialı olanlar namizədliklərini irəli sürməyiblər. Qubad İbadoğlu, Arif Hacılı, Tural Abbaslı və başqaları başqanlığa iddialı olduqlarını açıqlayıblar. Amma konkret olaraq hələ namizədlərin kimliyi bəlli deyil”.

Bunu Modern.az-a Müsavat Partiyasının keçmiş Məclis və Divan üzvü Adil Qeybulla deyib.

O bildirib ki, Müsavatda İsa Qəmbərə bağlı xeyli şəxs var: “Bunlar İsa bəyin getməsini istəmirlər. Onlar düşüncələrində haqlı ola bilərlər. Amma bir məsələ var, bu, artıq partiyanın nizamnaməsinə salınıb. İsa Qəmbər də qəti bəyan edib ki, təşəbbüs irəli sürülsə belə, növbəti dəfə başqanlığa namizədliyini verməyəcək. Nizamnaməyə dəyişiklik mümkündür və bu məsələ qurultayın səlahiyyətlərinə aiddir”.

A.Qeybulla başqanlığa iddialılardan Qubad İbadoğlunun gücünü xüsusi vurğulayıb: “Hesab edirəm ki, partiyanın rəhbəri gənc seçilsə, daha yaxşı olar. İddialılardan Qubad İbadoğlunun üstün cəhətləri çoxdur. Onun beynəlxalq əlaqələri, xarici dil bilməsi, xarizması üstün cəhətidir. Hər halda, zamanında sözümüzü deyəcəyik, vəziyyətə uyğun addım atacağıq”.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı