Modern.az

Müstəntiq Şahbaz Xuduoğlunu 4 saat dindirib

Müstəntiq Şahbaz Xuduoğlunu 4 saat dindirib

Təhsil

6 Mart 2014, 11:06


Bu yaxınlarda 150 min manat cərimələnən “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu dünən istintaqa çağırılıb, 4 saat dindirilib. Modern.az saytının məlumatına görə, Şahbaz Xuduoğlu hadisəyə belə münasibət bildirib:

“Bütün həyatını kitaba həsr et, sonda müstəntiq qarşısında 4 saat ifadə ver. Bu, rəzalətdir, ziyalılara qarşı vergi terrorudur”.

Ş.Xuduoğlu deyib ki, “Qanun” Nəşriyyatına açılmış cinayət işi ilə əlaqədar olaraq bu gün daha 4
tərcüməçi istintaqa çağırılıb. “Qobustan” jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Əlixanlı, yazıçı Azər Abdulla, şair -tərcüməçi Aysel Əlizadə, tərcüməçi Hökumə Həbibova.

Qeyd edək ki, artıq bir neçə gündür nəşriyyatın işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar istintaqa çağırılaraq dindirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı