“Qazın tərkibinə vurulan adorant maddəsi tam normaya uyğundur. “Azəriqaz” aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq”.
Modern.az bildirir ki, ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyinın mətbuat xidmətinin rəhbəri Araz Ağayev APA-ya açıqlamasında belə deyib. O, bildirib ki, dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən zəhərlənmə ilə bağlı götürülən laborator nümunələr qazın tərkibindəki adorant maddəsinin normaya uyğun olduğu göstərib.“Artıq dünənki hadisə ilə bağlı qurum tərəfindən araşdırmalar aparılıb. Məlum olub ki, qazın tərkibinə vurulan adorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq normalara uyğundur”.
Qzadan zəhərlənənlərin kütləvi olması ilə bağlı araşdırmaların aparıldığını deyən A.Ağayev bildirib ki, onların sayının çox olması əhalinin təşviş və stressi səbəb olub. Onun sözlərinə görə,adorant adlanan maddə normaya uyğun verilib. A.Ağayev qeyd edib ki, “Azəriqaz” aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq”. Bu gün günorta saatlarında Lökbatan qəsəbəsinə qazın verilişi tam gücündə bərpa olunacaq.
Modern.az