2013-cü ildə xarici ölkələrdə fəaliyyət göstərən 71 diplomatik nümayəndəlik və konsulluğun saxlanılmasına 60,4 milyon manat vəsait yönəldilib. Modern.az bildirir ki. bu barədə Nazirlər Kabinetinin ötən ilin nəticələri ilə bağlı hesabatında açıqlanıb.
Bununla yanaşı, 2013-cü ildə Azərbaycan Avstraliya İttifaqındakı və Vyetnam Sosialist Respublikasındakı səfirliklərinin, habelə 6 ölkədə diplomatik təmsilçiliklərinin (Peruda, Kolumbiyada, Kosta-Rikada, Çilidə, Uruqvayda və Venesuelada) fəaliyyətə başlaması üçün dövlət büdcəsindən 1,7 milyon manat məbləğində vəsait ayrılıb.
Rafiq Qənbərov