Modern.az

Vahid Əhmədov seçiciləri ilə görüşüb

Vahid Əhmədov seçiciləri ilə görüşüb

Təhsil

6 Mart 2014, 15:38

Modern.az-ın məlumatına görə, millət vəkili Vahid Əhmədov parlamentdə təmsil etdiyi Quba şəhərində bir qrup seçicisi ilə görüşüb.  Deputat qəbula yazılmış 52 seçicinin hamısını təkbətək qəbul edərək onların problemlərini dinləyib.

Qəbul zamanı ən çox qaldırılan məsələ- mənzillə təmirinə köməklik göstərilməsi, torpaqların paylanması, işə düzəlmə, inşaat materiallarını verilməsi və s, məsələlər olub. Diqqət çəkən məqam 14 nəfər Qarabağ müharibəsi iştirakçılarının toplaşaraq birgə qəbulda iştirak etmələri olub. Mənzil şəraitlərinin yaxşılaşdirilması, pensiyanın azlığı,məişət problemləri-yaşadıqları ərazidə yolun pis vəziyyətdə olması, küçələrin işıqlandırılmaması işi və s. məsələləri deputatən diqqətinə çatdiran veteranlar onların tezliklə həll olunmasını xahiş ediblər. Operativ həlli mümkün olan bir neçə məsələ yerindəcə rayonun idiyyatı təşkilatları ilə birgə həll edilmış, Bakıda yerləşən mərkəzi icra orqanlarının rəhbərləri ilə əlaqə yaradılmış, qəbul zamanı söylənilən digər məsələlər qeydiyyata alınaraq tədbir görülməsi üçün istiqamətlər müəyyənləşdirilib.

Görüş və qəbuldan sonra rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşən millət vəkili Qubada görülən işlərlə tanış olmuş, qarşıdan gələn Novruz bayramının yüksək səviyyədə təşkili və keçirilməsi üçün öz təkliflərini verib.   

 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı