Modern.az

Masallıda yanan ana və qızının vəziyyəti ağırdır

Masallıda yanan ana və qızının vəziyyəti ağırdır

Təhsil

6 Mart 2014, 15:52

Masallıdan gətirilən ana və iki uşaq hələ də xəstəxanadadır. Vəziyyətləri ağır, stabil olaraq qalır. Təxminən 10 gün gözləmək lazım olacaq”.

Bunu Modern.az saytına 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov deyib: “Ana Faiqə Nəsirovanın bədəninin 46 faizi yanıb. 6 yaşlı Güldərən Nəsirovanın bədəninin 35 faizi yanıb. Hər ikisi reanimasiyadadır. Digər uşaq İslam İslamzadədir, bədəninin 6 faizi yanıb. O dərəcədə ağır yanıq olmadığından palatadadır”.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Yaşar Nəsirova məxsus 3 otaqlı fərdi evdə baş verən partlayış nəticəsində ev sahibinin həyat yoldaşı Faiqə Nəsirova və onun 2 azyaşlı uşağı müxtəlif bədən xəsarətləri alıb. Onlar Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Yardım Tibbi Stansiyasına çatdırılıblar. Qadının vəziyyəti ağır olduğu üçün Bakıya 5 saylı Klinik Xəstəxanaya gətiriliblər.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı