
“Orada düşünən var ki, “Düşüncə Mərkəzi” yaradalar?! Mənasız bir şeydir. Adlarını nə qədər dəyişirlər-dəyişsinlər mahiyyət dəyişmir”.
Bunu Modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov müxalifət düşərgəsində yaradılacaq “Düşüncə Mərkəzi”ndən danışarkən deyib. Onun sözlərinə görə, müxalifət partiyalarının bütün blokları uğursuz olub: “Həmişə eyni adamlardan təşkilat yaradırlar. Bir neçə gün öncə İctimai Palatanı bağladılar. Həmişə “İctimai Palata” deyib qışqırırdılar. Bir müddət öncə də Milli Şuranı yaratmışdılar. Müxalifət təşkilatları bir-bir Milli Şuranı tərk etdi. Onlar yeni adlarla insanları cəlb etmək istəyirlər. İnsanlar hansısa təşkilata ada görə yox, ora toplaşan insanların nüfuzuna görə gedir. Onların yaratdığı bütün təşkilatlar mənasız olub”.
İlkin