Uzun müddətdir ki, hərbi hissələrdə psixoloq ştatının yaradılması ilə bağlı fikirlər səsləndirilir. Sonuncu dəfə isə bu məsələ Milli Məclisin plenar iclasında qaldırıldı. İnsan haqları üzrə müvəkkil Elmira Sleymanovanın qaldırdığı məsələ barədə Milli Məclis sədrinin müavini Bahar Muradova münasibət bildiridi.
Nazirlik Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin tabeliyində olan hərbi hissələrdə psixoloq ştatları fəaliyyət göstərir.
“Bu vəzifələrdə xidmət edən zabitlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, əsgərlərlə fərdi işin aparılması, psixoloji testlərin, anonim sorğuların keçirilməsi və digər fəaliyyətləri yerinə yetirirlər. Aparılan işlərin nəticəsi olaraq risk qrupuna aid olan şəxslər müəyyən edilir, onlarla fərdi iş təşkil olunur və ehtiyac duyulanlar nəzarətə götürülür. Psixoloji iş hərbi qulluqçuların hərbi xidmətə çağırıldığı gündən ehtiyata buraxılanadək planlı şəkildə, mütəmadi və davamlı olaraq həyata keçirilir. Eyni zamanda Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən “Hərbi psixologiyanın əsasları” adlı metodiki vəsait və “Hərbi qulluqçunun psixologiyasının xüsusiyyətləri. Hərbi qulluqçuların şəxsiyyətinin öyrənilməsi metodları” metodiki tövsiyəsi hazırlanıb. Bu sahədə fəaliyyətlər şəxsi heyətlə aparılan fərdi işin daha da yaxşılaşdırılması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılması, baş verə biləcək neqativ halların qarşısının alınması məqsədini daşıyır”.
Gültəkin ƏLƏSGƏR