Modern.az

Milli yığmamız Avropa Çempionatında 3-cü yeri tutub

Milli yığmamız Avropa Çempionatında 3-cü yeri tutub

Təhsil

6 Mart 2014, 18:07

Modern.az-ın məlumatına görə, FAİREX idmançılarından ibarət Azərbaycan Milli yığma komandası buzadırmanma üzrə Avropa Çempionatında 3-cü yeri tutub.  Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində 28 fevral - 02 mart 2014-cü il tarixlərində keçirilmiş Buzadırmanma üzrə Avropa Çempionatı yarışlarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından ibarət Azərbaycan Milli yığma komandası ölkəmizi müvəfəqiyyətlə təmsil edib.

Kişilər və qadınlar arasında mürəkkəblik və sürət üzrə keçirilən Çempionat üç gün davam edib. Yarışlarda Azərbaycan Milli yığma komandasının tərkibində FAİREX-in idmançılarından ibarət 4 nəfərlik nümayəndə heyəti - Qalib Şıxrəhimov, Rinat Rəhimxanov, Ramay Rəhimxanov və Reyhan Məmmədova iştirak edib.

Yüksək nəticələr əldə etmək üçün əzm və qətiyyətlə mübarizə aparan Azərbaycan Milli yığma komandasının idmançıları qarşılarına qoyduqları məqsədə çatmaq üçün qüvvələrini əsirgəməyiblər. Buzadırmanma üzrə Avropa Çempionatının nəticələrinə görə komandalararası yarışda FAİREX-in idmançılarından təşkil olunmuş Azərbaycan Milli yığma komandası 3-cü yeri tutub.  

Qeyd edək ki, Azərbaycan Milli yığma komandası ilk dəfə olaraq  Avropa Çempionatında yüksək nəticə əldə edib. Əminik ki, qazanılan müvəffəqiyyət gələcək uğurlara təkan verəcək.

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı