Modern.az

Tağı Əhmədov Dubaydan DANIŞDI: “Bunu deyən qələt edir, başını da daşa döyür”

Tağı Əhmədov Dubaydan DANIŞDI: “Bunu deyən qələt edir, başını da daşa döyür”

Təhsil

22 Mart 2014, 18:53


Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ailəsi ilə birgə Dubayda istirahətdə olmağı haqda yayılan məlumat təsdiqlənib. Lakin onun ölkəni həmişəlik tərk etməyi barədə xəbər yalan çıxıb.

Modern.az saytı xəbər verir ki, Tağı Əhmədov “Xeberdar.az”a açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib. 

“Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin...Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq. Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam.Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”.- deyə Tağı Əhmədov bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı