
Azercell Telekom MMC öz abunəçilərinə xəbərdarlıq edib. Şirkətdən Modern.az saytına daxil olan açıqlamada deyilir:
“Son günlər Azercell şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərimizə daha diqqətli olmağı tövsiyə edirik. Bununla əlaqədar tərəfimizdən bütun müvafiq tədbirlər görülməkdədir. Azercell Telekom şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi tövsiyyə edir. Əks halda nömzənizin hesabında böyük məbləğdə xərclər yarana bilər. Şirkətin həyata keçirdiyi yeni kampaniya, tarif planları və digər məhsullar barədə məlumatlar Azercell-in rəsmi saytı, Facebook səhifəsi və mətbuat kanalları vasitəsilə abunəçilərə çatdırılır”.
Modern.az