Modern.az

Rusiyanın təcavüzü davam edir

Rusiyanın təcavüzü davam edir

Təhsil

22 Mart 2014, 20:44

Modern.az saytı xəbər verir ki, Krımın Rusiyaya ilhaq edilməsindən sonra da bölgədə gərginlik davam edir. Rus zirehli qüvvələri Krımda Ukranyaya aid Belbek hərbi hava bazasına daxıl olub. Bazadan silah səsləri eşidilməkdədir.

Rus ordusunun xəbərdarlığına baxmayaraq Belbekdən çıxmayan Ukranyalı əsgərlərə qarşı əməliyyat təşkil olunub.

Rus zirehli qüvvələrinin Belbek hərbi bazasına artıq daxil olduğunu bildirilir. Şahidlər hava bazasında silah səslərinin eşidildiyini deyirlər.

Rus əsgərlərinin hərbi bazanın boşaldılması üçün əsgərlərə qoyduğu vaxt günorta saatlarında bitmişdi.

Qeyd edək ki, Belbek hərbi bazası Krımda Ukranya bayrağının dalğalandığı az sayda yerlərdən biri olaraq da bilinir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı