Modern.az

ABŞ-da Alyaska ştatının Rusiyaya birləşdirilməsi üçün səsvermə keçirilir

ABŞ-da Alyaska ştatının Rusiyaya birləşdirilməsi üçün səsvermə keçirilir

Education

22 Mart 2014, 21:57

Ağ Evin rəsmi saytında ABŞ-ın Alyaska ştatının Rusiyaya birləşdirilməsi ilə bağlı petisiya yerləşdirilib. 


Martın 21-də yerləşdirilən petisiyaya 6 minə yaxın insan səs verib. Petisiyaya səsvermə 2014-cü il aprel ayının 20-də başa çatacaq. Bu müddət ərzində Ağ Evin rəsmi saytında yerləşdirilən petisiya 100 min səs toplayarsa, qəbul olunacaq.

Xatırladaq ki, ABŞ Alyaskanı Rusiya İmperiyasından 1867-ci ildə 7.2 milyon dollar qarşılığında satın alıb. Alyaskanın satın alınması ilə bağlı tərəflər arasında müqavilənin imzalanması zamanı ABŞ-ı ölkənin xarici işlər naziri Uilyam Sivard təmsil edib. Alınan torpaqların ərazisi 1.518.800 km²-dir. (anspress)

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı