Modern.az saytı xəbər verir ki, Türkiyədə 12 milyon istifadəçisi olan Twitterin qadağan olunması işə yaramadı. Qeyd edək ki, Baş Nazir R. T. Ərdoğanın "kökünü kəsəcəyik" açıqlamasından sonra Türkiyədə Twitter sosial şəbəkəsi bağlanmışdı. Ancaq Twitter istifadəçilərinin qadağanı qəbul etmədikləri ortaya çıxdı.
Türkiyədə Twitterin qadağan olunmasıyla birlikdə Türk istifadəçiləri dəqiqədə 17 min Tweet atmışdır.
Sosial media agentliyi "We Are Social"-ın göstəricilərinə görə, qadağadan sonra Türkiyədən atılan tweet sayında 138 % artım olduğu bildirilib.
Qadağadan öncə Türk istifadeçiləri orta hesabla gündə 1.8 milyon tweet atdığı halda, qadağadan 24 saat sonra tweet sayısı 2.5 milyon olduğu xəbər verilir.
Modern.az