Modern.az

Dırnaqları gücləndirən 5 vasitə

Dırnaqları gücləndirən 5 vasitə

Təhsil

22 Mart 2014, 22:50

Əgər sizin də dırnaqlarınız tez-tez qırılırsa, onda bu tövsiyələrə riayət edin. Modern.az saytı həmin vasitələri sizə təqdim edir.

Zeytun yağı və limon suyu

1 çay qaşığı zeytun yağı və 1-2 damcı limonu qarışdırıb həftədə 2 dəfə dırnaqlarınıza sürtün. Gecə yatmamışdan qabaq bu qarışığı masaj edə-edə dırnaqlarınıza sürtün və əlcək taxıb yatın. Səhəri gün dırnaqlarınızı ilıq suyla durulayın.

Çayağacı yağı - E vitamini qarışığı

1 çay qaşığı çay ağacı yağı və 2-3 damcı E vitaminini qarışdırıb dırnaqlarınıza sürtün. Bu qarışıq təkcə dırnaqlarınızı gücləndirməklə qalmayacaq, eyni zamanda onu göbələk və infeksiyalardan da qoruyacaq.

Dəniz duzu

2 qaşıq dəniz duzuna 2 damcı limon suyu, 2 damcı sarı saqqız və 2 damcı buğda toxumu yağı qarışdırın. Bu qarışığı içi isti su ilə dolu dərin qaba əlavə edib əllərinizi 10-15 dəqiqə həmin suyun içində saxlayın. Bunu həftədə 2 dəfə təkrar edin.

Vitamin E (gecə müalicəsi)

1-2 damcı E vitamini yağını dırnaqlarınıza sürtüb əlcək taxaraq yatın. Problemin ən sürətli həlli yollarından biri olduğunu özünüz görəcəksiniz.

Pivə - zeytun yağı - alma sirkəsi qarışığı 

1/4 fincan zeytunyağını isidib eyni miqdardakı alma sirkəsi və yarım fincan pivə ilə qarışdırın. Dırnaqlarınızı 15 dəqiqə bu qarışığın içində saxlayın. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı