Modern.az

Ruslar Ukraynanın yeganə sualtı gəmisini ələ keçirdi-VİDEO

 Ruslar Ukraynanın yeganə sualtı gəmisini ələ keçirdi-VİDEO

Təhsil

22 Mart 2014, 23:47

Rusiya dənizçiləri Ukrayna Hərbi Dəniz donanmasına məxsus olan yeganə “Zaporojye” sualtı gəmisini ələ keçirib. 

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin sədri Vladislav Seleznev bildirib. 

O, qeyd edib ki, gəminin tutulması zamanı kapitan Şaqiyev Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus Andreyevski bayrağını gəmidə yuxarı qaldırmaqdan imtina edib. 

“Bütün bu hadisələr Stereletskaya buxtasında baş verib. Sualtı gəmi xeyli vaxt idi ki, orda lövbər salmışdı. Hadisələrin dəqiq necə olması haqda məndə məlumat yoxdur. Yalnız üçüncü şəxsdən mənə ötürülən məlumata əsaslanaraq deyə bilərəm ki, kapitan Şaqiyev doğrudan da rus bayrağını qaldırmaqdan imtina edib. O, sahilə enərək naməlum istiqamətə yollanıb. Gəmini isə ruslar qoşqu vasitəsilə qeyri müəyyən istiqamətə aparıblar”, - deyə Vladislav Seleznev bildirib.

 

/anspress/

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı