Modern.az

Deputatın uşaqlarla xeyriyyəcilik görüşü - FOTOLAR

Deputatın uşaqlarla xeyriyyəcilik görüşü - FOTOLAR

Təhsil

24 Mart 2014, 18:35
Martın 24-də Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda yerləşən Osman Mirzəyev adına uşaq evinin və seçki dairəsi ərazisində yaşayan aztəminatlı ailələrin bir qrup məktəbli uşaqları üçün “Palıdlı Sahil” istirahət mərkəzində Novruz şənliyi təşkil edib.

Şənliyə Bahar qızı, Kosa və Keçəlin gəlişi uşaqları daha da sevindirib. Şənlikdə müxtəlif mahnılar ifa edilib, viktorinalar təşkil olunub, Kosa və Keçəl məzəli əyləncələri ilə uşaqları əyləndirib. Həmçinin istirahət mərkəzinin ərazisində uşaqlar üçün faytonla gəzinti təşkil olunub. Şənlikdə Novruz bayramı ilə əlaqədar olaraq çay süfrəsi açılıb.

Millət vəkili Hadi Rəcəbli uşaqları Novruz bayramı münasibəti ilə təbrik edib, öz səmimi arzularını onlara çatdırıb, dövlətimiz tərəfindən uşaqlar üçün yaradılmış şəraitdən geniş söhbət açıb. Sonda Bahar qızı, Kosa və Keçəl uşaqlara bayram hədiyyələri paylayıb.






Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı