Modern.az saytı xəbər verir ki, Malayziya Hava Yollarına məxsus təyyarə Hind okeanının cənubunda qəzaya uğrayıbmış.
Bu barədə Malayziya baş naziri Necip Rezak açıqlama verib. Nazir təyyarənin aqibəti ilə bağlı məlumatı İngiltərənin “Inmarsat” peyk şirkəti və İngiltərə Hava Qəza Araşdırmaları Mərkəzindən əldə etdiklərini qeyd edib.Baş nazir böyük kədər hissi ilə Boeing 777 təyyarəsində olan 239 adamın dünyasını dəyişməsiylə bağlı yaxınlarına səbr diləyib.
Modern.az