
Salyanda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilatçılığı ilə görkəmli mütəfəkkir, türkçülük ideologiyasının banilərindən olan, Əli bəy Hüseynzadənin anadan olmasının 150-ci il dönümü ilə bağlı bilik yarışması keçirilib. Modern.az-ın məlumatına görə, yarışmadan öncə Ə.Hüseynzadənin abidəsi ziyarət edilib. Sonra "Təbriz", "Turan", "Zirvə", "Azfaz", "Qorqud" , “Boz Qurd” komandalarına bölünən şagirdlər arasında yarış baş tutub.
Birinci yerə "Bozqurd" komandası, 2-ci yerə "Turan" komandası, 3-ci yerə "Təbriz" komandası çıxıb. Yarışmanın sonunda KXCP-nin Salyan rayon təşkilatının sədri Ədalət Yusubov çıxış edib.
Modern.az