Modern.az saytı xəbər verir ki, BMT baş katibinin mətbuat məsələləri üzrə müavini Farhan Haq, Türk hava sərhəddini pozan Suriyaya aid bir döyüş təyyarəsinin vurulmasıyla bağlı, “ani qərarların iki tərəfin də xeyrinə olmayacaq şəkildə vəziyyəti gərginləşdirə biləcəyini” söylədi.
F.Haq “məsələylə bağlı əllərində hələ tam bir hesabatın olmadığını və tərəflərdən əllərindəki bütün məlumatları onlarla bölüşdürməyin vacibliyini” diqqətə çatdırdı.Qeyd edək ki, Türk Silahlı Qüvvələrinə aid döyüş təyyarələri dünən hava sərhəddini pozduğuna görə bir Suriya təyyarəsini vurmuşdu.
Modern.az