İstanbulun Atatürk Hava Limanında Azərbaycan Hava Yollarına məxsus təyyarənin təkərləri alışıb.
Hava limanındakı dayancaqda dayanmış sərnişin təyyarəsinin təkəri yanıb.Məlumata görə, Bakı-İstanbul reysini həyata keçirən Boeing 757-200 tipli sərnişin təyyarəsi hava limanına eniş edib, dayanacaqda dayanıb. Sərnişinlər təhlükəszi halda təyyarəni tərk ediblər. Amma bu zaman təyyarənin sağ arxa eniş təkərləri birdən-birə alışıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər dərhal yanğının qarşısını alıblar. Təyyarənin digər hissələri yanğından mühafizə olunub.
Təyyarə təmir edildikdən sonra yenidən İstanbul-Bakı reysini uğurla həyata keçirib./apa.az/
Modern.az