“MDB Müdafiə nazirlikləri Baş Qərargah rəislərinin Bakıda keçiriləcək toplantısında Ermənistan nümayəndəsinin iştirakı ilə bağlı yayılan məlumatları qəzəblə qarşılayır və bunun yolverilməz olduğunu bəyan edirik”.
Modern.az xəbər verir ki, bu bəyanatla Qarabağ Azadlıq Təşkilatı çıxış edib. QAT-ın bəyanatında bildirilib:
”Nə qədər ki, Azərbaycanın torpaqları işğal altındadır, Ermənistandan hər hansı nümayəndənin, xüsusilə də hərbçinin buraya gəlməsi qəbul olunan deyil. İstənilən erməni hərbçisi Azərbaycana qarşı müharibədə iştirak edib, əli azərbaycanlıların, günahsız insanların qanına batıb. Azacıq vicdanı olan hər bir kəs erməni zabitinin Bakıya səfərinə razı ola bilməz. Bu, Azərbaycana, millətimizə, dövlətimizə, şəhidlərimizin ruhuna təhqirdir.
Biz Azərbaycan hakimiyyətini buna imkan verməməyə, dövlətimizin və millətimizin alçaldılmasına, şəhidlərin ruhlarının təhqir edilməsinə razı olmamağa çağırırıq. Biz öz tərəfimizdən bildiririk ki, erməni təmsilçisi Bakıya gətirilərsə, onun dərhal buradan rədd olub getməsi, bütövlükdə MDB tədbirinin pozulması üçün bütün mümkün və qeyi-mümkün vasitələrdən istifadə edəcəyik”.
Modern.az