Modern.az

Müdafiə Nazirliyindən Azərbaycana gələcək erməni general barədə-AÇIQLAMA

 Müdafiə Nazirliyindən Azərbaycana gələcək erməni general barədə-AÇIQLAMA

Təhsil

25 Mart 2014, 20:30

Ermənistanı Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında kimin təmsil edəcəyi ilə bağlı yayılan xəbərlərə Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildiriblər. 

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 7-8 aprel 2014-cü il tarixlərində MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin Bakıda ilk dəfə keçiriləcək iclasının iştirakçıların siyahısı tam müəyyən edilmədiyindən Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinin tədbirdə iştirak etməsi hələlik bəlli deyil.

Qeyd edək ki, “Armtoday”də yayımlanan məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu barədə açıqlama verib. O, iclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyini deyib.

Modern.az    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı