Modern.az

Suriyalı müxaliflər Aralıq dənizinə çatdı-FOTO

 Suriyalı müxaliflər Aralıq dənizinə çatdı-FOTO

Təhsil

25 Mart 2014, 22:00

Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə Suriyada rejim güclərinə qarşı döyüşən müxaliflərin Türkiyə sərhədindəki Samra sahil kəndini ələ keçirərək, ilk dəfə Aralıq dənizinə çatdığı bildirildi.

Suriya İnsan Haqqları İzləmə Təşkilatının direktoru Rami Abdülrahman, aralarında Əl-Qaidə ilə əlaqəli olan Əl Nusra Cəbhəsinin də olduğu müxaliflərin Lazkiyəyə bağlı Samra kəndinin idarəsini ələ keçirdiyini söyləyib.

Lazkiyəli mücahid Ömər əl Ceblavi bu kəndin idarəsinin müxaliflərə keçməsinin rejimə böyük bir zərbə olduğunu ifadə edib.

Müxaliflər əvvəlki gün də Türkiyənin Yayladağı ərazisinə iki kilometr uzaqlıqda olan və əksəriyyəti ermənilərin yaşadığı Keseb qəsəbəsi ilə sərhəd qapısını ələ keçirmişdi.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı