Modern.az

Dünyanın ən bahalı briliantı tapıldı

Dünyanın ən bahalı briliantı tapıldı

Təhsil

26 Mart 2014, 00:17

Modern.az saytı xəbər verir ki, Cənub Afrikadakı bir mədəndə on milyonlarla dollar dəyərində olan çox nadir görülən 29.6 karatlıq briliant tapıldı.

Petra Diamonds şirkəti dünyanın ən çox axtarılan "fövqəladə" növdə bir briliant olduğunu açıqladı.

Şirkət cövhərin işləndikdən sonra karatının 2 milyon dollardan satışa çıxarılacağını bildirdi.

Ötən il eyni mədəndə tapılan 25.5 karatlıq briliant 16.9 milyon dollara satılmışdı.

2008-ci ildə tapılan və "Yusifin Ulduzu" adı verilən bir digər briliant isə 9.49 milyon dollara alıcı tapmışdı.

Qeyd edək ki, bu almazlar dünyanın ən nadir və ən qiymətli parçaları hesab olunur.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı