Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyada ölkəni ayağa qaldıran skandal gündəmə gəlib. Dəhşətli hadisədə 2 ildə 15 min 500 ölü doğulanan və abort olunmuş döl xəstəxanalarda enerji ehtiyacını qarşılamaq üçün yandırılıb. Üstəlik bu skandaldan ailələrin xəbəri olmayıb.
Kanalın xəbərinə görə Addenbrooke Xəstəxanasında 797, İpswich Xəstəxanasında isə təxminən olaraq 1101 döl enerji mərkəzlərində yandırılıb.
Valideynlərə Faşist dövrünü xatırladan hadisə ilə bağlı öncədən məlumat verilməməsi isə skandalın miqyasını daha da artırıb. İngiltərəni bir-birinə qatan iddialardan sonra Səhiyyə Nazirliyi əsas hədəf mərkəzinə çevrildi.
Hadisəyə opertiv reaksiya verən nazir Dan Poulter “Bu əsla qəbul edilə bilməz. Bunun dərhal sona çatması üçün təlimat vermişəm” deyə qeyd edib.
Modern.az